“Azərbaycan sərhədlərinin açılması bilavasitə ölkədəki və regiondakı infeksiyanın durumu ilə bağlıdır”.

Leqal.info-nun verdiyi xəbərə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

O bildirib ki, sərhədi açılacaq ilk ölkənin hansı olacağını indidən demək düzgün olmaz: “Amma bu çox güman ki, qonşu ölkələr olacaq”.

L. Abdullayeva əlavə edib ki, xaricdə yaşayan və koronavirusa yoluxmuş vətəndaşlarımız var: “Onlardan ölənləri də olub. Həmin vətəndaşın nəşinin ölkəyə gətirilməsi təmin olunur”.