"Qonşu Türkiyədə belə bir təcrübə var ki, həftəsonu xüsusi rejim tətbiq olunur. Ramazan bayramında Azərbaycanda rejim necə olacaq, hələlik bunu bilmirik, müzakirə olunur".

Leqal.info xəbər verir ki, bunun TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bayram günlərində tətbiq oluna biləcək xüsusi rejimi şərh edərkən bildirib.

Onun sözlərinə görə, qərarlar statistikaya əsaslanır:

"Ramazan bayramında rejimin necə olacağı ictimiayyətə bildiriləcək. Ola bilər ki, bəzi qaydalar tətbiq edilsin. Müvəqqəti olaraq bəzi sərtləşmələr olsun. İş günləri başlayanda sonra bunlar aradan qaldırıla bilər. Hər şey görəcəyimiz dinamikadan asılıdır. Biz addım-addım yumşalmağa gedirik. Görsək ki, rəqəmlər idarə olunacaq səviyyədədir, o zaman heç bir problem olmayacaq. Gözlənilmədən ciddi artım olsa, məcburən məhdudiyyətlərə gedəcəyik".