Səhiyyə Naziri Oqtay Şirəliyevin çıxışı zamanı qarşısına qoyulan lövhəcikdə “Azərbaycan” sözünün yazılışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Leqal.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan məsələyə Səhiyyə Nazirliyi tərəfindən aydınlıq gətirilib.

Nazirlikdən bildirilib ki, ölkənin adının yazılışında səhv yoxdur:

“Ümumdünya Səhiyyə Assambleyasının rəsmi dili fransızcadır. Buna görə də bütün rəsmi yazışmalar və ölkələrin adları da fransız dilində qeyd olunur. “Azərbaycan” sözü də bu dildə olduğu kimi yazılıb”.

Xatırladaq ki, Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev pandemiya ilə əlaqədar Ümumdünya Səhiyyə Assambleyasının videokonfransında çıxış edib. Nazir çıxışında Azərbaycanda pandemiyanın səbəb olduğu vəziyyətdən danışıb. Bu zaman onun qarşısında qoyulan kiçik lövhəcikdə “Azərbaycan” sözünün düzgün yazılmaması diqqət çəkib.