Leqal.Info

SON DƏQİQƏ

“Mall”ar nə vaxt açılacaq?

“Mall”ar nə vaxt açılacaq?
22-05-2020, 22:16 31 133 dəfə baxılıb

Kənd Təsərrüfatı ilə məşğul olan şəxslərin ölkə ərazisində hərəkətinə icazə verilib.

Leqal.info xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

O əlavə edib ki, qeydiyyatdan keçən, xüsusi fəaliyyət sahələrində işləyənlər ölkə ərazisində sərbəst hərəkət edə bilərlər: "Eyni zamanda, yalnız yaxın qohumun dəfn mərasiminə gedənlərə bu icazə verilir".

İ.Məmmədov qeyd edib ki, növbəti yumşalma mərhələsində "Mallar"ın, əyləncə mərkəzlərinin fəaliyyəti müzakirə olunacaq: "İdman tədbirlərinin bərpası da bu mərhələdə planlaşdırılır".

O vurğulayıb ki, hazırda ehtiyatda 6 milyon maska var: "Gündəlik 250 000 maska istehsal olunur. 10 milyona yaxın maska ehtiyatımız olacaq. Eyni zamanda, qoruyucu vasitələrlə ölkəmiz təmin edilir".


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI