Koronavirusla bağlı yalanlar, feyk xəbərlər bitmir ki bitmir. Növbəti belə feyk artıq bütün sosial şəbəkələri zəbt edib.

Sən demə, koronavirus virus deyilmiş, bakteriyadır. Bunu “İtaliya həkimləri” koronavirusdan ölən insanların meyitlərinin yarılması zamanı aşkar ediblər.

Maraqlıdır ki, bu döş qəfəsinin yarılması deyil, qol və ayaqların (?) yarılması zamanı məlum olub. Xəbərdə həmçinin deyilir ki, bu bakteriya 5G vasitəsilə ötürülür və güclənir.

Sirli “İtaliya həkimləri” artıq müalicə protokollarını də dəyişdiriblər və koronavirusu aspirin və antibiotiklərlə müalicə edəcəklər.

Leqal.info bildirir ki, yuxarıda qeyd etdiyimiz bütün “məlumatlar” YALANdır və heç bir elmə əsaslanmayıb. Bu sadəcə insanlar arasında panika yaratmaq üçün uydurulmuş növbəti feyk xəbərdir.

Bütün dünya bilir ki, koronavirus məhz virusdur, bakteriya deyil. Koronavirusun əsas fəsadı pnevmoniyadır. 5G-nin bu virusa heç bir aidiyyatı yoxdur. (Saglamolun.az)