Banklara kreditlərin ödənilməsi müştəri və bank arasında razılaşmadan asılıdır.

Leqal.info bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, belə situasiya bankla müştəri arasında razılaşdırılmalıdır: "Konkret faktlarla bağlı araşdırma aparılmalıdır. Çünki Mərkəzi Bank hökumətin üzvü deyil".