Azərbaycanda 87 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Leqal.info"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib, aktiv xəstə sayı 2629 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5618, ötən müddət ərzində isə ümumilikdə 785 126 test aparılıb.

Azərbaycanda koronavirusa yoluxanların sayı 100 nəfərdən az oldu