Payız başlayandan bir çox ölkələrdə koronavirusa yoluxmuş insanların sayı dayanmadan artmağa başlayıb. Koronavirusa qarşı vaksinlər hazırlansa da onların kütləvi istifadəsi hələ başlamayıb.

Yaranmış vəziyyətdə bəzi alimlər orqanizmin immun sistemini stimullaşdırmaq və o cümlədən koronavirusa qarşı daha güclü etmək üçün köhnə və sınanmış “diri” vaksinlərdən istifadə etməyi tövsiyə edirlər. Bu vaksinlərdən biri poliomiyelitə qarşı vaksindir. Poliomiyelitə qarşı vaksin keçən əsrin 50-ci illərindən geniş istifadə olunmağa başlayıb və məhz bu vaksinin sayəsində demək olar ki, bütün dünyada müalicəsi olmayan, olduqca təhlükəli poliomiyelit infeksiyası məhv edilib.

Leqal.info bildirir ki, tanınmış rusiyalı mikrobioloq, professor Pyotr Çumakovun sölərinə görə, poliomiyelitə qarşı diri vaksin insanın ümumi immun sisteminin səviyyəsini qaldıraraq 3 həftə ərzində istənilən virus infeksiyasından qoruya bilir.

Alimin sözlərinə görə, vaksin orqanizmə heç bir yanaşı təsir etmir və onu həm uşaqlar, həm yaşlılar, həm də xroniki xəstəlikləri olan insanlarda istifadə etmək olar.

Çumakov bildirib ki, vaksin çox sadədir, damcılar şəklindədir, ağızdan qəbul edilir.