Dağlıq Qarabağ səmaları üzərində Azərbaycan Hava Qüvvələrinə məxsus hücum təyyarəsinin vurulması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Leqal.info xəbər verir ki, bu barədə Rusiyanın "avia.pro" nəşri bildirib.

Qeyd olunub ki, Ermənistan media resursları Azərbaycanın Su-25 hücum təyyarəsinin Qarabağ səmaları üzərində vurulması haqqında saxta məlumatlar yayıb:

"Ermənistan Müdafiə Nazirliyinin saxta açıqlamalarına baxmayaraq, heç bir tutarlı sübut yoxdur və erməni KİV-inin yayımladığı video köhnədir".