Rusiya Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasında tapşırıqların yerinə yetirildiyi əraziyə köçürülməsini davam etdirir.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Sülhməramlı kontingentin şəxsi heyətinin, hərbi texnikasının və maddi əmlakının köçürülməsi Rusiya hərbi nəqliyyat aviasiyasının “İl-76” və “An-124” təyyarələri tərəfindən həyata keçirilir.

10 noyabr 2020-ci il tarixindən etibarən ümumilikdə 170-dən çox uçuş həyata keçirilib.

Rusiyanın Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının növbəti “İl-76” və “An-124” təyyarələri Ulyanovsk-Vostoçnı aerodromunda material, silah və hərbi texnika yüklənərək və İrəvan şəhərinin aerodromlarına yola düşüb.

Qeyd edək ki, atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən 1960 hərbçi, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir.