“Karantin tədbirlərinin yalnız virusun geniş yayıldığı rayonlar üzrə tətbiq edilməsi, lokal bağlanmalar gözlənilən müsbət nəticəni vermir”.

Leqal.info-nun verdiyi xəbərə görə, bunu TƏBİB-in department müdiri Yaqut Qarayeva deyib.

O, koronavirusa qarşı vaksinlərdən də danışıb:

“Koronavirusla bağlı hazırda təsdiqlənən vaksin yoxdur. Bu gün üzərində sınaq aparılan və namizəd olan peyvəndlərin tətbiqinə isə gələn ilin aprelində başlana bilər”.