“Azərbaycanda ilkin olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər koronavirusa qarşı vaksinasiya olunacaq”

Leqal.info-nun verdiyi xəbərə görə, bunu TƏBİB sədri Ramin Bayramlı deyib.

O bildirib ki, əhalinin böyük əksəriyyətində COVID-19 virusuna qarşı immunitet yarananadək tibbi maskalardan istifadə davam etdirilməlidir:

“Vaksin vurulandan sonra rahatlaşmaq olmaz. Çünki anticisimin yaranması iki-üç həftə çəkə bilər. Vaksin vurulan şəxslər də həm özünü, həm başqalarını qorumaq üçün maskadan istifadə etməlidir. Azərbaycanda ilkin olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər koronavirusa qarşı vaksinasiya olunacaq”.