2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 748,9 mln. manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Leqal.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, bu da 2019-cu illə müqayisədə 140,5 faiz çoxdur.

Qeyd edək ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçıların xərclədiyi vəsaitin 1,9%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf edilib.