“60 yaşdan yuxarı müəllimlərin məcburi vaksinasiyası ilə bağlı yayılan məlumatlar yanlışdır. Bu proses tamamilə könüllülük əsasında baş tutacaq”.

Leqal.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda seminarda Təhsil nazirinin müşaviri Elnur Nəsibov bildirib.

O həmçinin qeyd edib ki, məktəblərdə müəllimlərin vaksinasiyası ilə bağlı qərar və vaksinasiyanın tarixi TƏBİB tərəfindən müəyyən olunur.