Müsavat partiyasının lideri İsa Qəmbər COVID-19 virusu əleyhinə peyvənd olunub.

Leqal.info-nun verdiyi xəbərə görə, İ.Qəmbər bununla bağlı sosial şəbəkə hesabında məlumat paylaşıb.

O qeyd edib ki, birinci doza peyvənd vurdurub: “Özünüzü, millətimizi, bəşəriyyəti koronavirus bəlasından xilas etmək üçün Peyvəndlənin! Aşılanın! Vaksinlənin!”

Qeyd edək ki, bir gün sonra İsa Qəmbərin 64 yaşı tamam olacaq.