“Vaksin olunan şəxslər mütləq həkim müayinəsindən keçirilir. Kimdəsə yanaşı xəstəliklər varsa, onlar peyvənd olunmur”.

Leqal.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

İdarə müdirinin sözlərinə görə, vaksinasiyadan yalnız göstəriciləri meyarlara cavab verənlər keçirilir:

“Vaksinasiya könüllüdür. Vaksinasiyadan keçmək vətəndaş məsuliyyəti məsələsidir. Ancaq keçmək istəməyən müəllimlərə qarşı tənbeh və ya cəza olması barədə heç bir qərar yoxdur”.