Prezident İlham Əliyev Əhməd Əhmədzadəni vəzifəsindən azad edib.

Leqal.info xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, 76 yaşlı Ə.Əhmədzadə 2006-cı ildən sözügedən qurumun sədri vəzifəsini icra edirdi. O, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin qardaşıdır.