Müdafiə Nazirliyinin vəzifəli şəxsi koronavirusdan vəfat edib.

Leqal.info-nun “Unikal.org”a istinadən məlumatına görə, nazirliyin Hüquq Şöbəsinin polkovniki Rövşən Rəsulzadə koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, mərhum polkovnikin bir müddət öncə verdiyi “COVID-19” testinin nəticəsi pozitiv çıxmışdı və müalicə alırdı.