İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli Ağdama səfəri zamanı aldığı təəssüratları bölüşüb.

Leqal.info xəbər verir ki, italiyalı deputat tvitter səhifəsində aşağıdakı paylaşımı edib:

“Qarabağda Ağdamdan qalan viranələrdə oldum. Maraqlıdır: Ermənistan madam bu bölgəni öz ərazisinin bir parçası hesab edirdisə, niyə çıxıb gedəndə bu qədər dağıntı törədiblər?”.