Baş Prokurorluq uşaqlara qarşı fiziki, pixisi və sair zor tətbiq edilməsi halları ilə bağlı vətəndaşlara müraciət edib.

Prokurorluqdan Leqal.info-ya daxil olan müraciətdə deyilir:

"Təəssüf hissi ilə qeyd edilməlidir ki, son günlər uşaqların zorakılığa məruz qalması faktlarının sayı artmaqdadır. Bununla bağlı Baş Prokurorluq vətəndaşlara müraciət edərək uşaqlara qarşı fiziki, pixisi və sair zor tətbiq edilməsi hallarının şahidi olduqları halda dərhal bu barədə “961” nömrəli Çağrı Mərkəzinə zəng edərək məlumat vermələri xahiş olunur. Uşaqların həyatına biganə qalmayın!".