Leqal.Info

SON DƏQİQƏ

124 manata kirayədə yaşadığını deyən icra başçısının sərvəti - SİYAHI

124 manata kirayədə yaşadığını deyən icra başçısının sərvəti
5-05-2020, 19:33 22 449 dəfə baxılıb

Bu gün DTX tərəfindən saxlanılan İmişlinin icra başçısı Vilyam Hacıyevin sərvəti ilə bağlı siyahı yayılıb.

Leqal.info Qaynarinfo-ya istinadla həmin siyahını təqdim edir:

▪️ Bakıda, Həsən Əliyev küçəsində villa

▪️ Bakı, "Sahil" metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil

▪️ Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil

▪️ Bakı, Teymur Əliyev küç. "Milyonerlər məhəlləsi"ndə qiyməti 25 milyon manat civarında olan villa

▪️ İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil

▪️ Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil

▪️ Dubayda milyonluq biznesi

▪️ Qazaxıstanda tikinti biznesi

▪️ İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.
Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. V.Hacıyevin oğlu Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:

▪️ 10-PP-369 dövlət nömrə nişanlı "Bentley"

▪️ Eyni nömrə nişanlı "Land Rover"

▪️ 90-AA-369 dövlət nömrə nişanlı "Mercedes S class"

▪️ Həmçinin son model "Mercedes Gelandewagen".


Xatırladaq ki, bir müddət öncə İmişli Rayon İcra Hakimiyyəti icra başçısı Vilyam Hacıyev barəsində yayılan məlumatlara münasibət bildirmişdi. Vilyam Hacıyev İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşadığını iddia etmişdi.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI