Leqal.Info

SON DƏQİQƏ

Alimlər botoksun insan üçün faydalarını müəyyənləşdirdilər

Alimlər botoksun insan üçün faydalarını müəyyənləşdirdilər
1-08-2020, 14:27 35 057 dəfə baxılıb

Botoks inyeksiyaları bədənin hansı nahiyəsinə vurulmasından asılı olmayaraq antidepressiv effektə malikdir.

"Leqal.info" “Report”a istinadən xəbər verir ki, bu barədə bir qrup amerikalı alimin “Scientific Reports” jurnalında dərc olunan məqaləsində bildirilib.

Araşdırmaçılar 40 000-dən çox pasiyentdə botoksun yan təsirlərini təhlil ediblər. Həmin şəxslərə inyeksiyanı həm kosmetoloji, həm də tibbi (əzələ spazmları üçün) məqsədlərlə vurublar.

Araşdırmanın bütün iştirakçıları üçün eyni həkim göstərişli, lakin fərqli müalicə alan nəzarət qrupunda toplanılıblar. Məqsəd və bədən yerindən asılı olmayaraq, botoks yeridilən insanlarda depressiya və ya depressiv əlamətlər 40-88% daha az qeydə alınıb.

“Araşdırmanın nəticələri insanın əhvalına təsir edən və depressiya ilə mübarizə aparan yeni müalicə metodunu dəstəkləyir. Özü də bu, məhdud sayda müşahidələrə deyil, kütləvi məlumatlara əsaslanır”, - alimlər bildiriblər.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI