Leqal.Info

SON DƏQİQƏ

Saxlanılan Ceyhun Cəfərov kimdir?

Saxlanılan Ceyhun Cəfərov kimdir?
19-08-2020, 15:35 33 695 dəfə baxılıb

Bu gün Baş Prokurorluğun keçirdiyi əməliyyat nəticəsində saxlanılan Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərovun bioqrafiyası ictimaiyyətdə maraq doğurub.

Leqal.info-nun verdiyi xəbərə görə, C.Cəfərov 2014-cü ildən Kürdəmir rayonuna rəhbərlik edir.

O,1965-ci ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləyib, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub.

Daha sonra Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis olub.

2006-cı ildən 2011-ci ilə qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2014-cü ilədək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Elə həmin ildən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ailəlidir, iki övladı var.

Məlumata görə, C.Cəfərov Rabitə Nazirliyinin həbs edilən Aparat rəhbəri Vidadi Zeynalovla qayın-yeznədir.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI