Leqal.Info

SON DƏQİQƏ

Bal antibiotiklərdən güclü çıxdı - Yeni araşdırma

Bal antibiotiklərdən güclü çıxdı
19-08-2020, 23:09 32 171 dəfə baxılıb

Əsrlər ərzində insanlar soyuqdəymə, öskürək, boğaz iltihabı zamanı baldan istifadə edirdilər. Yeni elmi araşdırma təsdiq edib ki, bal bu pozulmalar zamanı antibiotiklərdən də yaxşı effekt verir.

Mütəxəssislər həkimlərə daha yüngül hallarda pasiyentlərinə antibiotikləri deyil, balı “təyin etməyi” tövsiyə edirlər.
Leqal.info bildirir ki, bu həmçinin bütün dünyada antibiotiklərə qarşı rezistentliyin artması probleminin həllində də yardım edə bilər. Antibiotiklərin tez-tez və nəzarətsiz qəbulu nəticəsində mikroblar onların bir çoxuna qarşı həssaslığını itirib, yəni antibiotiklər bəzi mikrob ştamlarına artıq təsir etmir. Alimlərin fikrinə görə, bu vəziyyət dəyişilməzsə, gələcəkdə insanlar mikroblara qarşı müdafiəsiz qalacaqlar.

Oksford Universiteti (Böyük Britaniya) ekspertləri yeni araşdırma zamanı aşkar ediblər ki, bal öskürək əleyhinə və boğaz ağrısını kəsən dərmanlardan da daha effektlidir. Belə ki, bal dərmanlarla müqayisədə öskürəyi və boğaz ağrısını 44% daha tez müalicə edir.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI