Bel ağrısı ən yayılmış şikayətlərdən biridir. Bel ağrısının səbəbləri çoxdur və müxtəlifdir.

Bəzən belə ağrı heç bir ciddi pozulmaya işarə etmir, bəzən isə çox ağır xəstəliklərin ilk simptomu kimi meydana çıxır.
Nə zaman bel ağrısına fikir vermək və həkimə müraciət etmək lazımdır? Medportal.ru saytı xəbər verir ki, bunu aydınlaşdırmaq üçün Amerika Dövlət sümük-əzələ İnstitutunun mütəxəssisləri pasiyentlər üçün xüsusi çek-vərəqə hazırlayıblar. Bu sənəddə həkimə müraciət etmək üçün ciddi səbəb yaradan bel ağrılarının simptomları sadalanıb.

1. Bel ağrısı sakit vəziyyətdə azalmır və insan ağrıdan gecə oyanır.
2. 4-6 həftə ərzində təkrarlanan eynitipli bel ağrısı, xüsusilə də bu zaman insanda çəki azalması müşahidə olunursa.
3. Qol və ya ayaqlarda keyimə, arabir sancma, zəiflik və başgicəllənməsi ilə müşayiət olunan istənilən növ bel ağrıları.
4. Hərarətin yüksəlməsi ilə müşayiət olunan bel ağrısı.
5. Adi, apteklərdə reseptsiz satılan ağrıkəsicilərin köməyi ilə kəsilməyən güclü bel ağrısı.
6. Qarın ağrısı ilə müşayiət olunan bel ağrısı.
7. Sizik ifrazı zamanı problemlərlə müşayiət olunan sağ və ya soltərəfli bel ağrısı.
Bütün sadaladığımız hallarda insan mütləq həkimə müraciət etməli və lazım olan müayinələrdən keçməlidir.
Həmçinin 20 yaşa qədər olan insanlarda bel ağrısı da həkimə müraciət etmək üçün səbəb sayılır. (Saglamolun.Az)

Leqal.info