Leqal TV / Video

  


Gündəm


«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031


Faydalı saytlar







XƏBƏR LENTİ

Digər Xəbərlər

06 oktyabr 2017 - 11:00

Ata olmaq istəyən KİŞİLƏRİN - DİQQƏTİNƏ

Uşaq sahibi olmaq istəyən cütlüklərin qarşılaşa biləcəyi bir problem olan sperma sayında və keyfiyyətində azalma gündən-günə artmaqdadır. Kişilərin bilmədən etdiyi bəzi hərəkətlər də buna səbəb olur. Leqal.info Ailem.az-a istinadən bununla bağlı məlumatları diqqətinizə çatdırır

Dar alt paltarı geyinmək

Ata olmaq istəyənlərin dar alt paltarlarını bol və rahat şortlarla dəyişdirməsi tövsiyə olunur. Belə ki, dar alt paltarı xayaları bədənə daha yaxın tutaraq, onların bədən istiliyi ilə isinməsinə səbəb olur. Bu isə sperma sayının azalmasına təsir edir. Stanford Universiteti ata olmaq istəyən 501 kişi üzərində araşdırma aparıb. Gen alt paltarı geyinən və gecə çılpaq yatan namizədlərin sperma sayı və keyfiyyətində artım müşahidə edilib.

Diz üstü notbuk

Mütəxəssislər xayaların bədən temperaturu olan 35 dərəcə, ya da bədən temperaturundan 2 dərəcə aşağı istilikdə fəaliyyət göstərəcəyini söyləyir.
Halbuki dizüstü notbuklar 70 dərəcəyə qədər isinə bilir və kompüter qucaqlarında çalışan kişilərin xayaları çox isinir.

Sauna və isti cakuzilər

Hazırda saunalar 100 dərəcəyə qədər isinir. Həkimlər cakuzilərdəki isti suların xayalara təsir etdiyini bildiriblər. Həmçinin ata olmaq istəyənlərin isti sauna və cakuzilərdən uzaq durmalarını tövsiyə ediblər.

Cib telefonları

Cib telefonlarını mümkün olduğu qədər xayalardan uzaq tutmaq lazımdır. Çünki yaydığı radiasiya spermalara zərər verir. Həkimlər deyir ki, gündə bir saat cib telefonuna məruz qalan xayaların içindəki spermalar zərər görür.

Siqaret

Siqaret çəkən kişilərin spermalarında tütün izlərinə rast gəlinib. Brazilyadakı San Paolo Universitetinin araşdırmasına görə, spermanın içindəki DNT-yə təsir edən tütün genetik qüsurlara səbəb olur.

Lazımsız dərman istifadəsi

Kimya terapiyada istifadə edilən dərmanlar sperma sayında azalmaya səbəb olur. Antibiotiklər isə sperma sayında müvəqqəti bir azalmaya səbəb ola bilir.
Bunlar sperma keyfiyyətini azaldır – Ata olmaq istəyən KİŞİLƏRİN DİQQƏTİNƏ

Uşaq sahibi olmaq istəyən cütlüklərin qarşılaşa biləcəyi bir problem olan sperma sayında və keyfiyyətində azalma gündən-günə artmaqdadır. Kişilərin bilmədən etdiyi bəzi hərəkətlər də buna səbəb olur. Ailem.az bununla bağlı məlumatları diqqətinizə çatdırır
Oxunma sayı:308

PAYLAŞ:


Açar sözlər:Ata olmaq istəyən KİŞİLƏRİN DİQQƏTİNƏ

Bağla X