Mütəxəssislər tərəfindən aparılan araşdırmalar zamanı bel ağrısından əziyyət çəkən kişilər üçün etibarlı seks pozaları müəyyən olunub.

Leqal.info-nun Ailem.az-a istinadən məlumatına görə, araşdırmalar zamanı indiyə qədər mütəxəssislər tərəfindən məsləhət görülən “spooning” pozasının əslində belə ziyanlı olduğu ortaya çıxıb.

Bildirək ki, ingilis dilindən tərcümədə qaşıq anlamını verən “spooning” pozası, iç-içə keçmiş iki qaşığı xatırladır.
Beli ağrıyan kişilər üçün uyğun
Mütəxəssislər bel ağrısı problemi olan kişilərdə ağrıya nəyin səbəb olduğunu əsas götürərək güvənli və sağlam seks pozalarını müəyyənləşdiriblər. Belə ki, önə əyilmiş formada olduqda və ya uzun müddət oturaq vəziyyətdə qaldıqda halı pisləşən, beli ağrıyan kişilərə dizüstü pozaların heç bir narahatlıq verməyəcəyi və daha etibarlı olduğu müəyyənləşdirilib.

Qaşıq pozasını sınamayın

Mütəxəssislər bel ağrısı və ya bel yırtığı problemləri yaşayan insanlara qaşıq pozasını məsləhət görmür. Bu kişilərin seks zamanı onurğalarını istifadə etməkdənsə, ombalarını istifadə edərək hərəkət etməsi daha doğrudur.