Libido itir
Sekslə kifayət qədər məşğul olmadıqda cinsi aktivliyinizi itirərsiniz. Seksdən uzaq duran insanların vaxt keçdikcə iştahı itir. Necə deyirlər, gözdən uzaq olan könüldən də iraq olar.
Vaginal divarlar zəifləyər
Bu hal xüsusilə menopauza keçirən qadınlara aiddir. Daimi olaraq cinsi əlaqəyə girmədikdə vaginal divarlar nazilir və cinsi əlaqə zamanı ağrı verməyə başlayır. Mütəxəssislərin fikrincə, nizamlı seks menopauza dövründə vaginal sağlamlıq üçün vacibdir.
Vagina dayanıqlığını itirir
Xüsusilə orta yaşlı qadınlar seksə ara verdikdə vagina dayanıqlığını itirdiyi üçün seks olduqca ağrı verir. Bunun səbəbi estrogen hormonunun kifayət qədər olmamasıdır. 20-30 yaş arasında qadınlar kifayət estrogen hormonu ifraz etdikləri üçün sekslə məşğul olduqda toxumalar sağlam, elastik və hamar qalır.
Menstruasiya sancılarını artırır
Bir çox qadınlar menstruasiya dövründə seksə ara verir. Əslində elə bu dövrdə sekslə məşğul olmaq məsləhətdir. Çünki seks menstruasiya sancılarının qarşısını ala bilər. Orqazm olduqda uşaqlıq kontraksiyası yaşanır və bu vəziyyət qanın daha tez boşalmasını təmin edir. Bu da sancıları azaldır. Eyni zamanda, orqazm endorfin ifrazını təmin edir.