Amerika alimləri müəyyən edib ki, yaşı çox olan kişilərin spermasından alınmış rüşeymlər, gənc partnyorların qəfəslərindən çıxmış embrionlardan daha ləng inkişaf edir.

Leqal.info Publika.az-a istinadən bildirir ki, bu haqda Amerika cəmiyyətinin reproduktiv tibbə həsr olunan konfransında təqdim edilmiş məruzəyə istinadən “Daily Mail” məlumat yayıb.
Boston elmi mərkəzindən olan tədqiqatçılar müəyyən ediblər ki, 50 yaşdan yuxarı olan kişilərin spermasından alınmış embrionlar 35 yaşa qədər olan kişilərin rüşeymlərindən 35% daha ləng inkişaf edirlər.
Belə nəticələrə müəlliflər 527 heteroseksual cütlükdən götürülmüş 3532 embrionun inkişaf trayektoriyasının təsvir edildiyi videoyazıları təhlil edərək gəliblər.
Boston universitetinin tibb məktəbindən olan alimlər həmçinin insanın ən gözəl hesab edildiyi orta yaşı müəyyən ediblər. Onların məlumatlarına görə, bu yaş 38.9-dur.