Müasir insanlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin yayılmasının başlıca səbəbi düzgün olmayan qidalanmadır.

Əksəriyyətimiz gün ərzində 2 dəfə qida qəbul edir və əsas qida qəbulu axşam saatlarına düşür. Bu qəti şəkildə yolverilməzdir. Leqal.info Saglamolun.az-a istinadən xəbər verir ki, belə qidalanmanın bir çox mənfi tərəfləri vardır:
1. Öd kisəsində durğunluq yaranır və bu da iltihabın və öd daşı xəstəliyinin inkişafına təkan verir.
2. Belə qidalanma mədə üçün ziyanlıdır ki, qastrit və mədə xorasının inkişafına şərait yaradır.
3. Maddələr mübadiləsində problemlər yaranır: uzun fasilələrlə qida qəbul edən insanda maddələr mübadiləsi yavaşıyır ki, bu da çəkinin artmasına səbəb olur və s.
Alimlərin fikrinə görə sağlam və gümrah olmaq üçün insan gün ərzində 5 dəfə qida qəbul etməlidir: 3 əsas qida qəbulu (səhər yeməyi, günorta yeməyi və şam yeməyi) və 2 "atıştırmalıq" (səhər yeməyi ilə günorta yeməyi və günorta yeməyi ilə şam yeməyi arasında).
Səhər yeməyi mütləqdir. Bu maddələr mübadiləsinin sürətlənməsi və qanda şəkərin normal səviyyədə saxlanılması üşün vacibdir.
Şam yeməyi yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.
"Atıştırmalıq" üçün çips, suxarı, bulka və konfet deyil, təzə və quru meyvələr, çərəzlər, yoqurt, kəsmik uyğun gəlir.