Leqal.Info

SON DƏQİQƏ

16:35 - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfransda iştirak edib

16:04 - Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması artıq başa çatmaq üzrədir

15:15 - Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib - FOTO

13:52 - Gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir - Prezident İlham Əliyev

07:11 - Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır - Senator

20:58 - Prezident Əli Həsənova yeni vəzifə tapşırdı

20:43 - Nazirdən şəhid vərəsələri ilə bağlı daha bir - Açıqlama

19:00 - İmmuniteti gücləndirən, iltihabı azaldan, orqanizmi təmizləyən faydalı içki - Qədim resept

18:43 - Satıcıları döydüyü deyilən müğənni danışdı

18:32 - FIFA Türkiyə klubuna transfer qadağası qoydu

18:16 - Prezident avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsi təltif edib - SİYAHI

17:32 - Bakı Şəhər İcra Hakimiyyətinə yeni sözçü təyin olunub

17:19 - Səudiyyə vəliəhdinin müşaviri Camal Qaşıqçının cinayəti ilə bağlı istintaqa cəlb edilib

16:55 - Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM

16:00 - Bakıda direktor müavini barəsində ikinci dəfə cinayət işi başlanılıb

Mədəsində köp olanlara HƏKİM MƏSLƏHƏTİ - Yeməkdən sonra bir fincan için

Mədəsində köp olanlara HƏKİM MƏSLƏHƏTİ
4-03-2018, 03:53 39 840 dəfə baxılıb

Bir çox insanlar mədələrindəki narahatlıqdan əziyyət çəkir. Çox az yemək yemələrinə rəğmən, yaxud da yedikdən dərhal sonra mədədə xoşagəlməz hallar, köp yaranır. Bəs bu halların yaranma səbəbləri hansılardır? Ailem.az türkiyəli diyetoloq Qamze Şanlının məsələ ilə bağlı açıqlamasını diqqətinizə çatdırır.

O bildirir ki, aparılan bəzi araşdırmalar tez-tez saqqız çeynəməyin mədədə köp yaratdığını ortaya qoyub: “Şəkərsiz saqqız çeynəməyin diş çürüklərinin qarşısını aldığını və nəfəsi təravətləndirdiyini bilirik. Yeni aparılan araşdırmalar saqqız çeynəməyin çəkiyə nəzarətə yardım etdiyini, oyanıqlığı və diqqəti artırdığını, stressi azaltdığını göstərir. Bununla yanaşı sıx saqqız çeynəməyin bir mənfi tərəfi var - çox hava udmağa səbəb olduğu üçün mədə və qarında köpün yaranmasına səbəb olur. Qarında köpün olmasının ən önəmli səbəbi hava udmaqdır. Yemək yeyərkən və ya nəsə içərkən az miqdarda hava udmağımız normaldır. Ancaq sürətli yemək və ya içmək, tez-tez saqqız çeynəmək, siqaret çəkmək udulan hava miqdarını artırır”.

Q.Şanlı deyir ki, həzm narahatlıqları hər iki cinsdə də sıxlıqla yaşanır: “Çox yemək yeməsəm də, çox şişirəm, elə bil qarnım partlayacaq, qarnım daş kimidir deyən bir çox pasiyentlə qarşılaşmışam. Qarındakı şişkinlik, mədə və bağırsaqlarda qaz yığılması ilə əlaqədar bir vəziyyətdir, ancaq fərqli səbəbləri də ola bilər. Ağır və çox yağlı qidalar yedikdən sonra mədə boşalması gecikir və həzmsizliyə bağlı olaraq yaranan köp stress, həyəcan, həzm sistemindəki infeksiyalar, İrritabl Bağırsaq Sindromu (İBS), Crohn xəstəliyi ilə bağlı da inkişaf edə bilər”.

Həkim köpü olanlara bunları məsləhət gördü:

- Nahar yemə müddətinizi tənzimləyin.

- Həzmə kömək etmək üçün az, amma tez-tez qidalanın. Həmçinin yavaş və yaxşı çeynəyərək yemək də əhəmiyyətlidir.

- Köpü azaltmaq üçün hərəkət edin.

- Sağlıqlı həzm sistemi üçün pəhrizinizi tənzimləyin.

- Cəfəri, razyana, tərxun, darçın, zəncəfil kimi bitki və ədviyyatlardan yeməklərinizə qata bilərsiniz.

- Yeməklərdən sonra bir fincan razyana çayı və ya nanə çayı içmək həzmi asanlaşdırıb köp şikayətlərini azalda bilər.

- Köp yaranmasını əngəlləmək üçün duzu azaldın. Gündə bir çay qaşığından çox duz istehlakı bədəndə su yığılmasına səbəb olacağı üçün şişkinlik yaradır.

- Əgər narahatlığınız uzun müddət davam edərsə, mütləq həkimə müraciət edin


www.leqal.info

Teqlər: Mədəsində köp olanlara HƏKİM MƏSLƏHƏTİ: Yeməkdən sonra bir fincan için

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI