Yaponiya alimləri araşdırmalar zamanı beyinə ən ciddi ziyan vuran, neyronların (beyin hüceyrələri) funksiyasını pozan, onların bərpasını ləngidən vərdişləri təyin ediblər.

Saglamolun.az xarici KİV-lərə istinadla bu vərdişlərin siyahısı təqdim edir:

1. Az su içmək.

İnsan beyinin 3/4 hissəsi sudan ibarətdir və bu səbəbdən orqanizmin susuzlaşması ilk növbədə beyinə mənfi təsir edir. Müasir insanların əksəriyyəti demək olar su içmir, onun əvəzinə qəhvə, çay, qazlı içkilər qəbul edir. Bunlar isə orqanizmin su balansını bərpa etmir, əksinə mayenin orqanizmdən çıxmasını daha da sürətləndirir. Nəticədə orqanizm xroniki susuzlaşma rejimində yaşayır ki, bu da tədriclə beyini öldürür.

Mütəxəssislər hər gün təxminən 8 stəkan təmiz su işməyi tövsiyə edirlər.

2. Narkotik maddələrin qəbulu.

Bu maddələr beyinin ən qəddar qatilləridir.

3. Siqaret çəkmək.

Siqaretlərin tərkibində yüzlərlə ziyanlı maddələr var. Bu maddələr beyinin damarlarının sıxılmasına səbəb olur ki, nəticidə beyinin qan dövranı pozulur, beyin "ac qalır".

Digər tərəfdən siqaret tüstüsünün tərkibində olan ziyanlı maddələr beyini daim zəhərləyir, onun xroniki intoksikasiyasına səbəb olur.

4. Yuxunun az olması.

Müntəzəm olaraq 7 saatdan az yatan insanın beynində neyronların dağılması sürətlənir, beyinin koqnitiv funksiyaları (diqqət, yaddaş və s.) kəskin pozulur.

5. Streslər.

Stres zamanı beyin hüceyrələrinin dağılması prosesi sürətlənir, beyinin normal fəaliyyəti pozulur, beyin daha tez qocalır.