Ölkəmiz mobil rabitə tariflərinin yüksəkliyinə görə MDB-də 2-ci yeri tutur.

Çünki ölkəmizdə mobil operatorlar arasında güclü rəqabət yoxdur. Mobil rabitə bazarında intensiv rəqabət olmadığı üçün tariflər çox bahadır. Ölkənin aparıcı mobil şirkətinin abunəçilərə qarşı etdiyi fırıldaqlar barədə məlumatlar yayılıb.
Azərbaycanda fəaliyyət göstərən Azercell mobil operatorundan vətəndaşlar narazılıq edir. Onlar bu barədə sosial şəbəkələrdə və mətbuatda etirazlarını bildirirlər.Daxil olan daha bir şikayət mobil operatorun yüksək tarif siyasətidir. Ənənəvi olaraq, abonentlərini müxtəlif problemlərlə üz-üzə qoyan Azercell yenə də abunəçilərini aldatmaqla məşğuldur. Öz tarifləri ilə vətəndaşlarda narazılıq yaradan Azercell çoxsaylı şikayətlərə baxmayaraq yenə də öz işinə davam edir. Bununla bağlı ümid edirik ki,aidiyyatı qurumlar daxil olan şikayətlərə nəzər yetirib bu məsələni həll edəcəklər. Müştərilər isə fikirləşirlər ki, nə vaxtsa mobil operator insafa gəlib öz nöqsanlarını aradan qaldırar.