Hər gün fərqli mövzu, fərqli gün­dəm. Baş döndürən yeniliklər, içindən çıxıl­maz problemlər, fəlakətlər! Bütün bu problemlərlə çox təəsüf ki, istəməsək də hər gün qarşılaşırıq.

Son zamanlarda insanların psixologiyasinda problemler
çoxalmaqdadır. Problemlərin çoxalması təbii ki yalnız bizi yox, bütün xalqımızı düşünməyə vadar edir.

Leqal.info informasiya agentliyi olaraq bir məsələni mediada işıqlandırmağı özümüzə borc bildik. Belə problemlərdən biri də axşam saatlarında metroların çıxışında bəzi cavan və orta yaşlı "kişiləri"in tanışlıq məqsədilə cavan qızlara yaxınlaşmasıdır. Bu məsələni birmənalı qarşılaya bilməzdik. Sözügedən məsələyə aydınlıq gətirmək üçün bir neçə nəfərdən bu barədə müsahibə almaq istəsək də çox təəsüf ki istəyimiz boşa çıxdı.

Bu cavanlar nəyə nail olmaq istəyir?

Axı hər bir qadın bir evin xanımıdır onun özündən arxada qardaşı,atası və hətta həyat yoldaşı ola bilər. Belə hərəkətlərin təkrarlanmaması üçün bizim fikrimizcə metrolarda polis nəzarəti gücləndirilməlidir. Burdan qadınlara səslənmək istərdik ki, yol gedərkən çox diqqətli olun!!!

Leqal.info Araşdırma Qrupu