Sahibkarlığın inkişafı sahəsində atılan addımlar dövlət siyasətinin tərkib hissəsidir. Elə bu dəstək sahəsində müxtəlif sahibkarlıq subyektləri yaranır, inkişaf edir.

Leqal.info-ya sözügedən mətbəə ilə bağlı narazılıq barədə müraciət daxil olub. Müraciətə aydınlıq gətirməyi özümüzə borc bildik.

Belə sahibkarlıq subyektlərindən biri də, mətbəələrdir ki, onlar da öz işlərini zamanın tələbinə uyğun qurmağa çalışırlar. Amma çox təəssüf ki, bəzən yaradılan şəraitdən, göstərilən diqqətdən kimlərsə sui-istifadə etməyə çalışır. Hətta bir qədər işlərini yoluna qoyandan sonra müştərilərlə qaba rəftar edərək, qeyri-insani münasibət sərgiləyirlər. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 94 ünvanınd yerləşən “Yeni poliqrafist” mətbəəsi ilə bağlı çoxsaylı şikayətlər gəlməkdədir. Leqal.infa-ya daxil olan məlumata görə, adıçəkilən mətbəədə işlər yolunda olsa da, bir tək problem orada çalışan şəxslərdən birinin müştərilərlə qeyri-insani rəftarı, onları acılaması, sanki müştərilərin ona borcu varməış kimi davranmasıdır. Verilən məlumata görə, “Yeni poliqrafist” mətbəəsində çalışan Şəhla adlı xanım heç bir səbəb olmadan, ora mmüraciət edən müştəriyə qeyri-səmimi münasibət sərgiləyir, müştərilərin suallarını belə cavablandırmaq istəmir. Düzdür, mətbəənin rəhbəri haqqında bunu demək olmaz. İşlərinin qaydasında qetməsinə çalışan rəhbərlik təbii ki, başverənlərdən məlumatsızdır. Etimad göstərdiyi şəxsin onun işini çoxaltmaq, daha çox gəlir əldə etmək istiqamətində addım atmaq əvəzinə, müştəriləri mətbəədən uzaq salması əlbəttə ki, bir sahibkara sərf etməz. Ona görə də, lazımdır ki, Şəhla xanım kimi müştərilərlə qeyri-insani münasibət sərgiləyən işçidənsə, işə can yandıran, müştəri məmuniyyəti qazandıran şəxslər bu işləri həyata keçirsinlər.

P.S. Mətbəənin qaynar xətti ilə əlaqə yaratmaq istəsək də cəhdimiz baş tutmadı.

P.P.S. Bir də onu xatırladaq ki, müştərilər arasında insan davranışı kodeksinə eyni mövqedən baxmaq lazımdır. Ayrı seçkiliyə yol vermək düzgün deyil.

P.P.P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.