Ramazanın ilk günü mayın 17-nə, Ramazan Bayramı isə iyunun 15-nə təsadüf edəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasıfətva verib. Tədbirdə iştirak edən şeyx Allahşükür Paşazadə din xadimlərinin şou xarakterli televizya verilişlərində iştirakı məsələsinə də toxunub.

Ramazan ayı mayın 17-də başlayır.

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclası keçirilib və orada Ramazan ayı münasibətilə fətva verilib. Qeyd edilib ki, Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının ilk günü mayın 17-nə düşür. Ramazan bayramı isə iyunun 15-nə təsadüf edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib ki, bu il də Ramazan ayı ilə bağlı vahid təqvim hazırlanıb. Şüyxülislam Ramazan ayında din xadiumlərinin dəvət olunduğu bəzi verilişlərin şouya çevrilməsinin düzgün olmadığını bildirib.

Allahşükür Paşazadə Hacı Cavad məscidinin sökülməsi məsələsinə də toxunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə bildirib ki, bu ildən etibarən Mənəvi Dəyərlərin Təbliği Fondu yerlərdə Ramazanla bağlı müxtəlif tədbirlər həyata keçirəcək.

VİDEO