Leqal.Info

SON DƏQİQƏ

23:24 - FHN Şirvanda şadlıq evində zəhərlənmə haqqında - məlumat yayıb

22:29 - Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır - Leyla Abdullayeva

19:49 - Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə - telefonla zəng edib

19:46 - Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

18:19 - “Azəristiliktəchizat” “Azəriqaz”a borcunu - hələ də ödəmir

18:12 - Müxtəlif şəxslərə vurulan ziyanın 17 milyon manatdan artığı ödətdirilib - Bakı prokurorluğu

16:12 - Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə rüblük hesabat formaları dəyişdirilib

11:46 - "Azərbaycanda qaçqın statusu almaq istəyən xaricilərin sayı artıb" - DMX rəisi

11:37 - Ukrayna prezidenti övladlarına atalarının vəzifəsi ilə öyünməyi - qadağan edib

19:36 - DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışı mərasimi keçirilib - FOTOLAR

18:12 - "Böyrəyimi 10 min manata satırdım, qan qrupum uyğun gəlmədi" - Zərərçəkmiş

17:59 - "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli Xəzər dənizinin sahilini hasarladığına görə cərimələnib - EKSKLÜZİV

16:27 - Angela Merkel himni yenə - oturaraq dinləyib

16:18 - Rusiyanın Ermənistandakı bazası - cərimələnib

14:19 - Sabiq icra məmuruna - hökm oxunub

Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib - FOTO

Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib
14-02-2019, 19:34 49 382 dəfə baxılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər.

Leqal.info "Report"a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov VIII əsrə aid tarixi memarlıq abidəsi olan və xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini-mədəniyyət kompleksinin yenidənqurma işlərindən sonra bütün müsəlman dünyasından ziyarətçiləri qəbul etdiyini bildirib. Qeyd edilib ki, bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub. Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib.

Mehriban Əliyevaya və Leyla Əliyevaya “Qurani Kərim” hədiyyə edilib.

“İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduqları bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb.

Birinci vitse-prezident Mehriban Əliyeva burada ziyarətə gələnlərlə görüşüb.

Qeyd edək ki, fevralın 14-də “İmamzadə” kompleksində Azərbaycanın Birinci vitse-prezidentinin adından ehsan süfrəsi verilib.

www.leqal.info

Teqlər: Mehriban Əliyeva, Leyla Əliyeva, Gəncə, “İmamzadə” dini kompleksi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI