Leqal.Info

SON DƏQİQƏ

Məhkəmə Atambayevin saxlanılması ilə bağlı şikayətə baxılmasını təxirə salıb

Məhkəmə Atambayevin saxlanılması ilə bağlı şikayətə baxılmasını təxirə salıb
19-08-2019, 13:00 95 080 dəfə baxılıb

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin Pervomayski rayon məhkəməsi ölkənin sabiq prezident Almazbek Atambayevin saxlanılmasının qanuniliyi məsələsinə baxılmasını avqustun 20-nə təxirə salmağa qərar verib.

"Report" TASS-a istinadən xəbər verir ki, məhkəmədən bunu müstəntiqin məşğul olması ilə əlaqələndiriblər.

Keçmiş dövlət başçısının vəkili Sergey Slesarevin sözlərinə görə, Atambayevin saxlanması qanunsuzdur, çünki qanunvericiliyə əsasən, respublikanın keçmiş rəhbərlərinin toxunulmazlıq hüququ var. Vəkil hesab edir ki, Atambayevin toxunulmazlığının və eks-prezident statusundan məhrum edilməsinə dair parlamentin iyunun sonunda qəbul etdiyi qətnamə Konstitusiyaya ziddir.

Xatırladaq ki, A.Atambayev avqustun 8-də Çuy vilayətinin Koy-Taş kəndindəki iqamətgahında saxlanılıb. Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov A.Atambayevin təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərərək Konstitusiyanı pozduğunu söyləyib.

Məhkəmə sabiq prezidentin azı avqustun 26-dək həbs olunmasına dair qərar qəbul edib.


www.leqal.info

Teqlər: Almazbek Atambayev, Qırğızıstan Respublikası, məhkəmə

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI