Honq Konqda hökumət əleyhinə etiraz aksiyaları davam edir.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bugünkü aksiyada polislə toqquşma qeydə alınıb.

Qeyd olunur ki, etirazçılar icazə verilən bölgədən kənara çıxdıqları üçün polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Hadisə nəticəsində xəsarət alanların olduğu deyilir.

Aksiya davam edir.