Bu barədə "Leqal.info" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Dövlət başçısı qeyd edib ki, o, təhükəsizlik zonasının əhatə edə biləcəyi əraziləri ABŞ-ın sabiq prezidenti Barak Obama şəxsən göstərib. Sonra yeni prezident Donald Tramp da həmin nəticəyə gəlib. ABŞ prezidenti qoşunların çıxarılması haqqında məsələ qaldırıb.
"Ancaq ətrafı onun tapşırıqları yerinə yetirmir", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə lideri həmçinin yenidən rəsmi Vaşinqtonu PKK-nın Suriyadakı tərəfdarlarını silahla təchiz etməkdə ittiham edib.
"Amerikalılar Suriyadakı 30 min silahla dolu yük maşınını kimə çatdırdılar? Niyə bu çatdırmalar davam edir? Türkiyə bu suallara cavablar almaq hüququna malikdir", - deyə Ərdoğan əlavə edib.