Ermənistanın Qafan rayonu ətrafında oktyabrın 17-də baş verən torpaq sürüşməsi nəticəsində yaşayış binası uçub.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, binanın dağıntıları altında insanlar qalıb. Hadisə yerində xilasedicilər fəaliyyət göstərir.