Ermənistanda qız doğulacağına görə hər il 1400 hamiləlik dövrü başa çatmadan pozulur.

“Leqal.info” xəbər verir ki, bu barədə “Spigel” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda selektiv abort qanunla qadağan olunub. Məlumata görə, dünyaya qız gətirəcək analar məcburi abort etdirilir.

Qeyd edək ki, ABŞ Milli Elmlər Akademiyasının jurnalında dərc edilmiş araşdırmaya əsasən, valideynlər dünyaya gələcək övladlarının oğlan olmasını istədiklərindən ötən il, təxminən, 23 milyon qız uşağının ana bətnindəcə həyatına son qoyulub. Bu, Belçika və ya Kubada yaşayanların sayından iki dəfə, Danimarka və Finlandiya əhalisindən isə dörd dəfə çoxdur.

Xatırladaq ki, təxminən, 40 il əvvəl doğulmayan körpənin cinsiyyətinin müəyyənləşdirilməsi texnologiyası selektiv abortların artmasına səbəb olub.