Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın və "Fleş" şirkətinin prezidenti Barseq Beqlaryanın əmlaklarına həbs qoyulub.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi İstintaq Xidməti məlumat yayıb.

İlkin istintaq orqanının məlumatına görə, sabiq prezident Serj Sarqsyan vəzifə səlahiyyətlərindən sui istifadə edərək, 2013-cü ildə bir qrup vəzifəli şəxs vasitəsi ilə dövlətin 489.160.310 dram pulunu xərcləyib. Hər iki şəxsə qarşı Ermənistanın Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ittihamlar irəli sürülüb.

Sarqsyan və Beqlaryan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.