Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiyanın yaralanması isə bağlı beş nəfər saxlanılıb.

Leqal.info “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən xüsusi brifinqdə bildirilib.

Saxlanılan şəxslərin biri qəsdən adam öldürməyə cəhddə, digər dörd nəfəri isə ağır cinayət barədə məlumat verməməkdə ittiham olunur.

Bir nəfəri 7 ildən 15 ilədək, cinayət haqqında məlumat verməyən şəxsləri isə 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, T.Qamsaxurdiyaya ötən gün axşam saatlarında yaşadığı evin yaxınlığında hücum olub. Kəsici alətlərlə sinə, bel və baş nahiyələrindən ağır xəsarətlərin yetirildiyi keçmiş prezidentin oğlu iki dəfə əməliyyat olunub. İkinci əməliyyat təxminən yeddi saat davam edib. Həkimlər, hazırda vəziyyətin olduqca ağır olduğunu, üçüncü cərrahi müdaxilənin tələb olunacağını istisna etmirlər.