Rusiyada Orenburq şəhərinin yaxınlığında mikroavtobusla “MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində dörd nəfər ölüb, beş nəfər xəsarət alıb.

“Leqal.info” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Orenburq-Samara yolunda baş verib.

Belə ki, Buzuluk şəhərinə doğru hərəkət edən sərnişin mikroavtobusu ilə qoşqulu olan “MAN” markalı yük avtomobili toqquşub.

Yol qəzası nəticəsində mikroavtobusda olan dörd sərnişin ölüb, 5 nəfər xəstəxanaya yerləşdirilib.