Leqal.Info

SON DƏQİQƏ

İranda koronavirusdan ölənlərin sayı artır

İranda koronavirusdan ölənlərin sayı artır
21-02-2020, 16:22 53 502 dəfə baxılıb

İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib.

“Leqal.info” “Al-Arabiya”ya istinadən xəbər verir ki, bununla da ölkə ərazisində ölənlərin sayı 4-ə yüksəlib.

Eyni zamanda İranda 13 yeni yoluxma halının aşkarlandığı bildirilib. Bu faktlardan 7-si ölkənin Qum, 4-ü Tehran və 2 nəfəri isə Gilan əyalətində qeydə alınıb. Onlardan da ikisi ölüb.

Bununla da İranda 18 nəfərin koronavirusa yoluxduğu və onlardan 4-nün öldüyü təsdiqlənib.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi bu günədək ölkə ərazisində 5 yoluxma halının qeydə alındığını və onlardan da 2-nin öldüyünü açıqlamışdı.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI