Türkiyədə koronavirusa yoluxanların sayı gün ərzində 670 nəfərdən 947 nəfərə qədər artıb.

“Leqal.info” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.

O, qeyd edib ki, ölənlərin sayı 9 nəfərdən 21 nəfərə qədər yüksəlib.

"Son 24 saat ərzində koronavirus testindən 2 953 nəfər keçib, onlardan 277 nəfərinin nəticələri müsbət olub. Xəstələnənlərin sayı 947 nəfərə çatıb. Biz bu gün daha 12 qoca insanı itirdik. Ümumilikdə 21 insan öldü", - Koca “Twitter”də yazıb.

Cümə axşamı Koca bildirib ki, Türkiyədə koronavirusa yoluxanların sayı 359 nəfərdən 670 nəfərə yüksəlib, 9 xəstə ölüb.