İsrailin Aşkelon şəhərində koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi nəticəsində küçələrin boşalmasının ardından qırmızı tülkülər şəhərə enib.

“Leqal.info” NTV-yə istinadən xəbər verir ki, tülkülərin min illərlə bu ərazidə yaşamasına, hətta müqəddəs kitablarda adlarının keçməsinə baxmayaraq, onlar şəhərdə nadir hallarda görünürlər.

Çəkilən şəkillərdə liman şəhəri Aşkelonun küçələrində dolaşan tülkülərin yemək artıqlarını topladığı və şəhərdəki pişik və itlərlə oynadığı görünüb.

Qeyd edək ki, İsraildə yoluxanların sayı 14 326-ya, ölənlərin sayı isə 187-yə çatıb. Məlumata görə, əvvəlki həftələrlə müqayisədə son günlər daha çox yoluxma aşkarlanıb.
Tülkülər boş qalan küçələri doldurdu
Tülkülər boş qalan küçələri doldurdu
Tülkülər boş qalan küçələri doldurdu
Tülkülər boş qalan küçələri doldurdu
Tülkülər boş qalan küçələri doldurdu