Qlobal təhdid halına gələn koronavirus epidemiyasından ən çox təsir görən ölkələrdən biri olan ABŞ-da epidemiya ilə bağlı yeni bir hesabat yayımlanıb.

Leqal.info xəbər verir ki, ABŞ-ın Minnesota Universitetinin Yoluxucu Xəstəliklər üzrə Araşdırma və Siyasət Mərkəzi tərəfindən hazırlanan hesabatda virusun iki il davam edə biləcəyi açıqlanıb. Həmçinin hesabatda bildirilib ki, dünya əhalisinin təxminən üçdə ikisi koronavirusa qarşı immunitet qazanana qədər pandemiyaya nəzarət etmək mümkün olmayacaq.

Bundan əlavə hesabatda dünya səhiyyə ictimaiyyətinə və müxtəlif ölkələrin hökumət nümayəndələrinə vəziyyətə hazır olmalı olduqları da xəbərdarlıq edilib.

Qeyd edək ki, dünya üzrə 3 325 620 insan koronavirusa yoluxub, 234 492 nəfər xəstəlik səbəbindən həyatını itirib. (Qafqazinfo.az)