Çində son sutka ərzində cəmi 1 nəfərdə koronavirus aşkarlanıb, 87 pasiyent sağalıb, ölən yoxdur.

Leqal.info bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, virus Şanxayda, xaricdən gələn şəxsdə tapılıb.

Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 633 nəfər həyatını itirib, 82 881 yoluxma halı qeydə alınıb. Hazırda 395 nəfərin müalicəsi davam etdirilir (onlardan 29-u ağır vəziyyətdədir), 77 853 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.(Qafqazinfo.az)